ABŞ Rusiyaya zərbə endirmək üçün ATACMS taktiki ballistik raketlərindən istifadə etmək qərarı verməyib. Bu barədə TASS-ın üzvü olduğu Müdafiə Yazıçıları Qrupu ilə görüşdə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Culian Smit Rusiya ərazisini Amerika silahları ilə vurmaq qərarını şərh edərkən bildirib.
Onun sözlərinə görə, ukraynalılar Rusiya qoşunlarının Xarkov istiqamətində uğurları fonunda “alınan silahların bir hissəsinin” istifadəsi ilə bağlı ABŞ-a müraciət ediblər. “Lakin, uzun mənzilli ATACMS raketləri üzrə mövqe dəyişməz olaraq qalır”, – Smit əlavə edib. (Tass)