ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq fevralın 17-də Brüsseldə Avropa Komissiyasının sədri Ursula fon der Leyen ilə görüşəcək. Bu barədə Brüsseldə keçirilən mətbuat konfransında AK nümayəndəsi Arianna Podesta məlumat verib.
“Bazar ertəsi Ursula fon der Leyen Avropa Komissiyasında ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqu qəbul edəcək” deyib. (Tass)