NBC News mənbələrə istinadən xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın nüvə obyektlərinə zərbələr endirmək üçün daha geniş plan hazırlayırdı, lakin bu plan ABŞ prezidenti Donald Tramp tərəfindən təsdiqlənməyib.
“Biz bütün variantları nəzərdən keçirməyə hazır idik, lakin prezident Tramp bunu istəmədi”, – mənbə bildirib. Onun sözlərinə görə, plan “Trampın xarici siyasət prinsiplərinə zidd olduğu” və hər iki tərəfdən daha çox itki potensialına görə rədd edilib.
Qeyd olunur ki, belə genişlənmiş əməliyyat Tehranda daha üç nüvə obyektinə zərbə endirməkdən ibarət olacaq. Adı açıqlanmayan amerikalı rəsmi vurğuladı ki, onun müddəti bir neçə həftəyə qədər artacaq. (Tass)