Vaşinqton administrasiyası İrana qarşı hərbi əməliyyatı davam etdirmək üçün ABŞ Konqresindən əlavə maliyyələşdirmə tələb edib-etməməsini nəzərdən keçirəcək. Bu barədə Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hassett CBS-ə verdiyi müsahibədə bildirib.
“Düşünürəm ki, hazırda ehtiyac duyduğumuz hər şey var. Düşünürəm ki, Ağ Evin İdarəetmə və Büdcə Ofisi və [onun direktoru] Rassel Vut müharibə ilə bağlı Konqresə müraciət etməyimizin lazım olub-olmadığını araşdıracaq”, – deyə o, administrasiyanın Amerika qanunvericilərindən İrana qarşı əməliyyat üçün əlavə maliyyələşdirmə istəyib-istəməyəcəyi ilə bağlı suala cavabında bildirib. “Əlavə bir şeyə ehtiyacımız olacağı mütləq deyil”, – deyə o əlavə edib.
Hassett aydınlaşdırıb ki, əvvəllər ABŞ-ın İrana qarşı əməliyyata təxminən 12 milyard dollar xərclədiyi barədə məlumatlandırılıb. O, dəqiq müddət göstərməyib.
