Amerika kəşfiyyatı belə nəticəyə gəlib ki, ABŞ İranın yalnız bir nüvə obyektinə – Fordoya ciddi ziyan vurub. “The Washington Post”un (WP) mənbələrə istinadən qeyd etdiyi kimi , İsfahan və Natanzdakı komplekslərə dəyən zərərin miqyası hələlik məlum deyil və onlar hələ də fəaliyyət göstərə bilər.
ABŞ rəsmisi İranın nüvə infrastrukturu ilə bağlı deyib: “Biz onun tamamilə məhv edildiyini dəqiq deyə bilmərik”. Konqresə yaxın mənbə nəşrə bildirib ki, eyni zamanda, Fordo kompleksinin məhv edilməsi məqsədinə “görünür, nail olunub”.
Qəzet yazır ki, ABŞ kəşfiyyat ictimaiyyəti Natanz və İsfahandakı nüvə obyektlərinin “tamamilə məhv edilmədiyi” qənaətinə gəlib və dəymiş ziyanın həcminin qiymətləndirilməsi davam edir. Mənbələrə görə, Vaşinqton hələ də zənginləşdirilmiş uran ehtiyatlarının Amerikanın hücumunda ən çox zərər görən İranın Fordo nüvə obyektindən köçürülüb-köçürülmədiyini bilmir. Əks halda, bu materiallar “yenidən istifadə olunur” WP mənbəsi qeyd edib.
Mənbələrin bildirdiyinə görə, Fordo hücumunda istifadə edilən bunker busterlərindən İsfahan obyektinə zərbələr endirilərkən istifadə edilməyib, çünki Pentaqon onun müdafiəsini “faktiki olaraq keçilməz” kimi qiymətləndirib. İsfahan İslam Respublikasının ən böyük nüvə tədqiqat kompleksinin evidir, burada infrastruktur Fordodan daha dərin və daha sərt qayaların altında yerləşə bilər. (Tass)