ABŞ prezidenti Co Baydenin administrasiyası Tehranın dəstəklədiyi Livan Hizbullah qruplaşmasının Fələstin-İsrail münaqişəsində iştirakından narahatdır. Bu barədə Bloomberg məlumat yayıb.
Nəşr İsrailin xarici işlər naziri Eli Kohendən sitat gətirib: “Prezident Bayden ikinci cəbhənin açılması ehtimalını azaltmağa diqqət yetirir. Onun sözlərinə görə, belə bir ssenari Baydenin prezidentliyi dövründə Vaşinqtonun Yaxın Şərqdə qurduğu bütün təhlükəsizlik arxitekturasını məhv edəcək.
Bundan əvvəl ABŞ prezidenti Co Bayden Ukrayna və İsrailə yardımın “ağıllı investisiya” olduğunu bildirib. O, həmçinin Konqresdən 100 milyard dollardan çox pul istəmək planlarını açıqlayıb. Bunun 60 milyardı Ukrayna üçün nəzərdə tutulub, 14 milyardı İsrailə gedəcək. (Lenta.ru)