ABŞ “İran”ı və regional qrupları Fələstin-İsrail münaqişəsinə müdaxilə etməkdən çəkindirmək üçün Yaxın Şərqə döyüş təyyarələri göndərib. Bu barədə “Air Force Times” Pentaqondakı mənbəyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Amerikanın A-10 hücum təyyarələri cümə axşamı regiona gəlib. ABŞ tezliklə orada daha müasir F-15, F-16 və F-35 qırıcıları yerləşdirəcək. Nəşrin məlumatına görə, onlar “İranı və İsrailə qarşı çıxan silahlı qruplaşmaları döyüşə qoşulmaqdan çəkindirmək məqsədilə” yerləşdirilib.
ABŞ-ın yüksək rütbəli müdafiə rəsmisi deyib: “Birləşmiş Ştatlar birmənalı olaraq İsrailin müdafiəsini dəstəkləyir.
Bundan əvvəl, Cerald R. Ford aviadaşıyıcı zərbə qrupu Aralıq dənizinin şərqinə gəlib. ABŞ-ın müdafiə naziri Lloyd Austin cümə günü deyib ki, ABŞ lazım gələrsə, təyyarədaşıyan gəmini və Yaxın Şərqə göndərilən gəmiləri əlavə qüvvə və aktivlərlə izləməyə hazırdır. (Tass)