ABŞ İran rəhbərliyinin xeyrinə çirkli pulların yuyulması ilə mübarizə bəhanəsi ilə 10 fiziki və 27 hüquqi şəxsə sanksiya tətbiq edib. Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.
ABŞ səlahiyyətliləri iddia edir ki, sanksiya tətbiq olunan şirkətlər və şəxslər ABŞ sanksiyalarından yayınaraq “neft və digər malların satışı” yolu ilə “millyardlarla dolları yumağı bacaran” sxemdə iştirak ediblər.
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin saytında dərc olunan məlumatlara görə, doqquz İran və bir Çin vətəndaşına məhdudiyyətlər qoyulub. Bundan əlavə, 27 şirkət məhdudlaşdırıcı tədbirlərə məruz qalıb, onlardan 17-si Honq-Konqda, 5-i BƏƏ-də, eyni sayda şirkət isə İrandadır.
Sanksiya siyahısına daxil edilməsi ABŞ-dakı aktivlərin dondurulması və Amerika vətəndaşlarının və şirkətlərinin siyahıya alınmış şəxslərlə iş aparmasının qadağan edilməsi deməkdir. (Tass)