Amerika prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığında ABŞ administrasiyasının İsrail Müdafiə Qüvvələrinə yardım göndərdiyini bildirib. Bu barədə Ağ Ev danışıqlardan sonra məlumat verib.
“Prezident Bayden ABŞ-ın son 24 saat ərzində İsrailə dəstək məqsədilə həyata keçirdiyi intensiv diplomatik işlər barədə Baş nazirə məlumat verib.Prezident həmçinin bildirib ki, hazırda İsrail Müdafiə Qüvvələri üçün əlavə yardımlar İsrailə göndərilir və daha çox yardım göstəriləcək. “Liderlər həmçinin İsrailin düşmənlərindən heç birinin mövcud vəziyyətdən faydalana bilməyəcəklərini və ya lazım olduğunu hiss etməmələrini təmin etmək üçün davam edən səyləri müzakirə ediblər. İki lider önümüzdəki günlərdə müntəzəm əlaqə saxlamağa söz veriblər, – yazılı açıqlamada deyilir. (Tass)