İsrailin hərbi ehtiyacları Ukraynanınkından fərqlənir, ona görə də ABŞ hər iki ölkəni dəstəkləməyə davam edə biləcəyinə əmindir. Bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.
“İsrailin çox inkişaf etmiş ordusu var, o, artıq [silahlı qüvvələrin] Qərb modellərinə çox [oxşayır], buna görə də ümumilikdə İsrailin nə tələb etdiyi ilə Ukraynanın tələbində fərqlər var. Bu baxımdan, biz əminik ki, biz hər ölkəyə dəstək verə bilərik. (Tass)