İyun 1, 2025-7:23
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə DÜNYA

ABŞ İsraildən Qəzzada əməliyyatı təxirə salmağı xahiş edir

2023:10:23 - 10:45
in DÜNYA
A A

Birləşmiş Ştatlar İsraildən Qəzza zolağında quru əməliyyatının başlanmasını təxirə salmağı, qismən də Yaxın Şərqdəki qüvvələrinə qarşı mümkün hücumlara daha yaxşı hazırlaşmağı xahiş edib. Bu barədə mənbələrə istinadən The New York Times məlumat yayıb.

Nəşrin həmsöhbətləri İsrailin Qəzzaya qoşun yeritmək qərarına gəlməsindən sonra Amerika qüvvələrinə hücumların sayının arta biləcəyini gözləyirlər. Birləşmiş Ştatlar hücumların İranın dəstəklədiyi regional qruplar tərəfindən həyata keçirilə biləcəyini ehtimal edir.

Qəzetin yazdığına görə, ABŞ prezidenti Co Bayden administrasiyası yəhudi dövlətindən əməliyyatı təkcə təhlükəsizlik səbəbi ilə təxirə salmağı xahiş edir: Vaşinqton girovların azad edilməsi və humanitar yardımın çatdırılması ilə bağlı danışıqlara “vaxt qazanmaq” istəyir. Nəşr yazır ki, ABŞ administrasiyası İsrailə qarşı heç bir tələb irəli sürmür, lakin yenə də yəhudi dövlətinin quru əməliyyatı keçirmək və Fələstinin radikal HƏMAS hərəkatını məhv etmək niyyətini dəstəkləyir.

NYT-nin həmsöhbətləri iddia edirlər ki, əməliyyatın başlanmasını təxirə salmaq məsləhəti Pentaqon rəhbəri Lloyd Austin vasitəsilə verilib. Amerika müdafiə departamentinin rəhbəri demək olar ki, hər gün israilli həmkarı Yoav Qalantla əlaqə saxlayır, tərəflər Amerika silahlarının tədarükü və ABŞ hərbçilərinin regionda yerləşdirilməsi məsələlərini müzakirə edirlər. Qəzetin mənbələrindən biri bildirib ki, Ostin həmçinin İsrailin müdafiə nazirinə girovların qaytarılmasının ABŞ-ın prioriteti olduğunu deyib. (Tass)

Əvvəlki Yazı

Azərbaycanda cinsi zorakılığa görə məhkum edilmiş şəxslərin pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilir

Növbəti Yazı

Borrell: Qəzzadakı döyüşlərdə humanitar fasilə olmalıdır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.