ABŞ İsrailə silah təhvil verərkən bu ölkənin hakimiyyət orqanlarından onlardan müharibə qanunlarına uyğun istifadə etməyi tələb edir. Bu barədə Amerika prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan ABC televiziyasına müsahibəsində bildirib.
“İsrailə təhvil verdiklərimiz müharibə qanunlarına və günahsız insanların həyatını qorumaq üçün tədbirlərin görülməsi tələbinə tabedir. Biz hər dəfə başqa ölkəyə silah ötürəndə belə tələblər irəli sürürük” deyib. (Tass)