Gələcəkdə İsrail Qəzza zolağında intensiv hərbi əməliyyatlar mərhələsini başa çatdırmaq və əsas diqqəti Fələstinin radikal HƏMAS hərəkatının liderlərinə qarşı hücumlara yönəltmək niyyətindədir. Bu barədə ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Təl-Əvivdə keçirdiyi mətbuat konfransında bildirib.
“Biz indi Qəzzada intensiv hərbi əməliyyatların [keçirilməsi] mərhələsindəyik. Bununla belə, [gələcəkdə] müharibənin başqa bir mərhələsinə keçid olacaq və bu müddət ərzində səylər [HƏMAS] liderlərinə yönələcək” “Sullivan qeyd edib. (Tass)