Vaşinqton İsrail rəsmiləri ilə təmaslarda müharibə qanunlarına və beynəlxalq hüquqa riayət edilməsinin vacibliyini vurğulayır və bunun həyata keçirilməsini gözləyir. Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller CNN telekanalında bildirib.
Onlar (İsrail hakimiyyəti – TASS qeydi) [Qəzza] sakinlərini zərbələr başlamazdan əvvəl təxliyyə etmələri barədə xəbərdarlıq edir. Biz daim müzakirələr aparırıq və İsraili müharibə qanunlarına uyğun hərəkət etməyə çağırırıq. [ABŞ prezidenti Co Baydenin] dediyi kimi, Demokratiyanın qorunub saxlanması, müharibə qanunlarına və beynəlxalq hüquqa riayət edilməsi vacibdir.Biz bunu İsraildən gözləyirik və onlarla bu mövzuda müzakirələri davam etdirəcəyik”.
İsrailin Qəzza zolağında quru əməliyyatına başlama ehtimalını şərh edən Miller, ABŞ-ın Təl-Əvivə aşağıdakıları çatdırdığını vurğulayıb: “Birincisi, onların bu hərbi əməliyyata başlamaq üçün aydın, müəyyən edilmiş məqsədləri olmalıdır. Bunun ən yaxşı şəkildə necə həyata keçiriləcəyi ilə bağlı.” “Mülki insanları necə ən yaxşı şəkildə qorumaq üçün bir plan olmalıdır. Biz bilirik ki, bu onlar üçün vacibdir”.
“Biz Qəzzada və ya başqa yerdə mülki şəxslərin ölümünü istəmirik. Təəssüf ki, Həmas dinc əhalidən canlı qalxan kimi istifadə edir” deyib. HƏMAS mülki əhalinin arasında gizlənərək əməliyyat keçirib” deyə o əlavə edib. (Tass)