Amerika kəşfiyyat orqanları Aleksey Navalnının ölümündə Rusiya rəhbərliyinin əli olduğuna dair sübut tapmayıb. Bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.
Onların məlumatına görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi, Milli Kəşfiyyat Direktorunun Ofisi və Dövlət Departamentinin kəşfiyyat bölməsi Rusiya prezidenti Vladimir Putinin “Navalnının öldürülməsinə göstəriş vermədiyi” qənaətinə gəliblər. Nəşr qeyd edir ki, Birləşmiş Ştatlar müvafiq məlumatları Avropa kəşfiyyat orqanlarına ötürüb.
Bundan əvvəl Putin seçki qərargahında keçirdiyi mətbuat konfransında jurnalistlərə demişdi ki, Navalnının həbsxanada ölümündən bir müddət əvvəl ona “Qərb ölkələrində həbsdə olan bəzi insanlarla” dəyişdirilməsi təklif olunub. Dövlət başçısı deyib ki, təklif edənin cümləsinin sonuna belə qulaq asmadan razılaşdım. Putinin irəli sürdüyü yeganə əks şərt Navalnının Rusiyaya qayıtmaması olub. Eyni zamanda, prezidentin mətbuat katibi Dmitri Peskov bu işdə Navalnının kimə dəyişdirilə biləcəyini dəqiqləşdirməyib. (Tass)