Amerika kəşfiyyat orqanları hesab edir ki, Çin kosmik tədqiqatlarda ABŞ-ın əsas rəqibidir.
ABŞ kəşfiyyat icmasının illik hesabatında deyilir ki, “Çin kosmosda ABŞ-ın əsas rəqibi kimi Rusiyanı geridə qoyub”. Bu sənəd Senatın Kəşfiyyat üzrə Xüsusi Komitəsinin dinləməsi üçün hazırlanıb. (TASS)
