Amerikalı konqresmenlər Ukraynaya maliyyə yardımının ayrılması ilə bağlı səsvermə zamanı demokratların dalğalandırmağa başladığı Ukrayna bayraqlarına görə dava salıblar. Bu barədə Fox News yazır.
Nəşrin məlumatına görə, səsvermənin sonunda Demokratlar Partiyasının nümayəndələri Ukrayna bayraqlarını çıxararaq dalğalandırmağa başlayıblar və buna görə iclasa sədrlik edən respublikaçı Mark Molinarodan töhmət alıblar.
Qeyd edilir ki, Florida ştatından respublikaçı Anna Paulina Luna mikrofonun qarşısına keçərək “Bu lənətə gəlmiş bayraqları aşağı salın” deyib. Müəllif yazır ki, onun sözləri demokratların fırtınalı şifahi reaksiyasına səbəb olub.
Daha sonra Kentukki ştatından olan respublikaçı senator Rend Pol bayraqlı video yayımladığı X sosial şəbəkəsində demokratları tənqid edib. O, Amerika vətəndaşlarının “zəhmətlə qazandığı pulların” “korrupsioner” Kiyev rejiminə getməsindən şikayətlənib. Senator qeyd edib ki, demokratlar “Ukrayna!” şüarları səsləndirərək özlərinin deyil, xarici dövlətin sərhədlərini möhkəmləndirirlər. (Qazeta.ru)