Avqustun 22-də Pentaqon öz internet səhifəsində bəyan edib ki, tərəfdaşları üçün kütləvi qırğın silahlarının təhdidinin azaldılması tədbirlərinə 3,5 milyard dollar xərcləyəcək.
“Bu müqavilə tərəfdaş ölkələri davamlı kimyəvi, bioloji, radioloji və nüvə təhlükəsinin azaldılması imkanları ilə təmin etmək üçün geniş çeşiddə xidmətlər və məhsullar təqdim edir”, – departamentin bəyanatında deyilir.
Bundan əvvəl ABŞ prezidenti Donald Trampın administrasiyası Los-Anceles və San-Fransisko şəhərlərini birləşdirməli olan yüksəksürətli qatar layihəsindən təxminən 4 milyard dollar federal vəsaiti geri çəkib. (İzvestia)