Ukrayna hökuməti ABŞ-la təbii sərvətlərə dair sazişin ratifikasiyası haqqında qanun layihəsini Ali Radaya təqdim edib. Sənədin qəbulu parlamentin saytında təsdiqlənib.
Radaya ratifikasiya haqqında qanun layihəsi ilə yanaşı, sazişin mətni də təqdim olunub. “Hökumət bu sazişin sürətlə ratifikasiyası üçün parlamentarilərin dəstəyinə ümid edir”, – baş nazir Denis Şmıxal bununla bağlı özünün Teleqram kanalında yazıb.
Daha əvvəl parlamentin üzvü Yaroslav Jeleznyak bildirmişdi ki, ratifikasiya səsverməsinin mayın 8-də keçirilməsi planlaşdırılır. (Tass)