ABŞ-ın maliyyə naziri Scott Bessent G20-nin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin gələn həftə Keyptaunda keçiriləcək görüşündə iştirak etməyəcək. Bu barədə The New York Times (NYT) yazır.
Qərar dövlət katibi Marko Rubionun bu həftə Yohannesburqda xarici işlər nazirlərinin oxşar görüşünü boykot etməsindən sonra verilib. Nəşr qeyd edir ki, bu, Vaşinqton administrasiyasının antiamerikan hesab etdiyi siyasətə görə ABŞ və Cənubi Afrika Respublikası arasında münasibətlərdə uçurumun olduğunu göstərir.
ABŞ prezidenti Donald Tramp daha əvvəl G20 kimi çoxtərəfli görüşlərdə az dəyər gördüyünü, digər ölkələrlə ikitərəfli danışıqlara üstünlük verdiyini bildirmişdi. (Tass)