ABŞ səlahiyyətliləri məxfi məlumatları jurnalistlərə ötürməkdə şübhəli bilinən daha 11 nəfəri araşdırır. Bunu ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbard deyib.
“Keçən həftə mən məxfi kəşfiyyat məlumatlarının qeyri-qanuni və icazəsiz mediaya ötürülməsi ilə bağlı üç işi cinayət təhqiqatına göndərdim. Daha 11 işi araşdırılır”, – o, ABŞ prezidenti Donald Trampın Nazirlər Kabinetinin növbəti iclasında çıxış edərkən deyib. (Tass)