ABŞ-ın müdafiə naziri Lloyd Ostin ukraynalı həmkarı Rustem Umerov ilə telefon danışığı keçirərək, Vaşinqtonun Kiyevə yardımını davam etdirəcəyini vəd edib. Bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.
Onun aydınlaşdırıb ki, söhbət bazar günü baş tutub. Tərəflər həmçinin ABŞ-ın Ukraynaya hərbi yardım göstərməsinin prioritetlərini də müzakirə ediblər. Bundan əlavə, nazirlər “yaxın əlaqə saxlamağa” razılaşıblar. Amerika hərbi idarəsinin açıqlamasında söhbətin təfərrüatları verilməyib. (Tass)