NATO ölkələri Rusiya prezidenti Vladimir Putinin Qərbin hərəkətlərindən nüvə münaqişəsi təhlükəsi ilə bağlı xəbərdarlığına qulaq asmalıdır.
Onun sözlərinə görə, Rusiya lideri ABŞ prezidenti Co Baydendən fərqli olaraq “boş-boş danışmır”. “Onun dediyi hər sözün dərin mənası var. Əgər Putin nəsə deyirsə, bu, şübhəsiz ki, blef deyil, o, poker oyunçusu deyil”, – Conson bildirib.
O qeyd edib ki, siyasətçi dəfələrlə Ukraynanın hərbi inkişafının təhlükəsini bəyan edib , lakin Qərb liderləri onun sözlərinə məhəl qoymayıblar. İndi Ukrayna ilə yanaşı, NATO da demilitarizasiya olunur, deyə eks-analitik yekunlaşdırıb. (Lenta.ru)