ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff fevralın 16-da axşam Amerika nümayəndə heyətinin tərkibində Rusiya ilə danışıqlar üçün Səudiyyə Ərəbistanına gedəcəyini və Ukrayna münaqişəsinin nizamlanması məsələsində ciddi irəliləyiş gözlədiyini bildirib.
“Bu barədə çox təfərrüata varmaq istəmirəm, amma bu axşam ora gedirəm. Mən [ABŞ prezidentinin] milli təhlükəsizlik üzrə müşaviri Mayk Valsla ora gedirəm. Prezidentin göstərişi ilə biz görüşlərdə iştirak edəcəyik və ümid edirəm ki, Rusiya və Ukrayna ilə bağlı ciddi irəliləyiş əldə edəcəyik”, – o, Fox News- da deyib. (Tass)