ABŞ-dan olan nümayəndə heyəti İsveçrədə Ukrayna ilə bağlı konfransın keçirildiyi ərazinin yaxınlığında üzvi gübrələrlə dolu anbarların olmasını simvolik hesab edib və Bürgenstokda aparılan danışıqları çirkab sularının utilizasiyası ilə bağlı fəaliyyətlərlə müqayisə edib.
“Bu, olduqca simvolikdir. Təmizlənməsi lazım olan bir çox axmaqlıq var” deyən ” Time ” jurnalı konfrans yerinin yaxınlığında peyin olan anbarların mövcudluğunu yüksək qiymətləndirən Amerika nümayəndə heyətinin üzvlərindən birinin sözlərini yazır. Eyni zamanda, tədbirdə aparıcı rol Kiyevə həvalə edildiyindən, nəşrin yazdığına görə, təmizlik işləri üçün “ən böyük kürək” Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Ermaka məxsus olub. Rusiyanın konfransda iştirak etməməsi sammiti “Ukraynanın müttəfiqləri üçün əks-səda otağı”na çevirib. (Tass)