İyun 16, 2025-9:26
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

ABŞ nümayəndə heyətinə Azərbaycandakı tolerantlıq ənənələri barədə məlumat verilib

2024:10:28 - 14:57
in SİYASƏT
A A

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Ramin Məmmədov oktyabrın 28-də ABŞ-ın Dinlərarası Qonşuluq Şəbəkəsinin nümayəndə heyətinin üzvləri ilə görüşüb.DQİDK-dan AZƏRTAC-a bildirilib ki, Komitə sədri görüşdə Azərbaycandakı dialoq mühitindən və çoxəsrlik tolerantlıq ənənələrindən söz açaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə multikultural dəyərlərin qorunması sahəsində həyata keçirilən dövlət siyasəti barədə məlumat verib. Qeyd edib ki, dini etiqad azadlığının təmin edilməsi və dini icmaların fəaliyyəti üçün əlverişli şəraitin yaradılması dövlətin din siyasətinin prioritetləri sırasında yer alır. Azərbaycanda müxtəlif dini konfessiyaları təmsil edən 950-dən çox dini icma fəaliyyət göstərir, bütün dinlərə məxsus abidələr qorunur.Söhbət zamanı ABŞ-a səfərini xatırladan Ramin Məmmədov əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsinə yönələn bütün səylərin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.Dinlərarası Qonşuluq Şəbəkəsinin həmtəsisçisi, Qlobal Məsələlər İnstitutunun prezidenti və Texasdakı “Nortvud” kilsəsinin baş pastoru Bob Roberts nümayəndə heyəti üzvlərinin ölkəmizdə olduqları qısa müddət ərzində birgəyaşayış mühitinə canlı şahidlik etdiklərini deyib. O, səfər çərçivəsində Dinlərarası Qonşuluq Şəbəkəsi nümayəndələrinin Azərbaycanda fəaliyyət göstərən dini icmalarla birgə təşkil edəcəkləri tədbirdə qarşılıqlı maraq doğuran bir sıra məsələlərin müzakirə olunacağını diqqətə çatdırıb.

Əvvəlki Yazı

Lənkərandakı tarixi qala bərpa ediləcək

Növbəti Yazı

Hərbi Prokurorluq və Daxili Qoşunlar birgə tədbir keçiriblər

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.