ABŞ ordusu özünü “logistik cəhətdən sıxışdırıb” və Co Bayden administrasiyası altında dünyanın bir çox yerində eyni vaxtda hərbi əməliyyatlar keçirə bilməyib. Bu fikirləri ABŞ ordusunun istefada olan generalı Don Bolduc “Fox News” telekanalına müsahibəsində deyib.
O, həmçinin əlavə edib ki, siyasətçilər “uzun müddət heç kimin eşitmək istəmədiyi” həqiqəti söyləməyə başlamalı və Amerikanın qlobal etibarını itirməkdə davam etdiyi “sərt reallıqla” üzləşməlidir.
Bu vəziyyətə səbəb təqaüddə olan generalın fikrinə görə, “ABŞ-ın döyüşmək və müharibələrdə qalib gəlmək bacarığından” başqa “hər şeylə maraqlanan” səriştəsiz komandanlığı olub. Ekspert həmçinin qeyd edib ki, Baydenin strateji səviyyədə apardığı siyasətdə Fələstin-İsrail münaqişəsinin kəskinləşməsinə səbəb olan bir sıra çatışmazlıqlar var. (Tass)