Dekabrın 20-də İraqın Ənbar əyalətindəki ABŞ-ın Ayn əl-Əsəd hərbi bazası raket hücumuna məruz qalıb. Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
“Dekabrın 20-də yerli vaxtla təxminən 07:30-da İraqdakı Ayn əl-Əsəd aviabazasına 122 mm-lik raket atılıb. Tələfat və dağıntı yoxdur”, – CENTCOM-un X sosial şəbəkəsində (keçmiş Twitter) səhifəsində dərc edilən bəyanatda deyilir.
Qeyd olunur ki, “Inherent Resolve” əməliyyatını həyata keçirən əməliyyat qrupu raketin atıldığı yeri müəyyənləşdirib və bu məlumatları İraq təhlükəsizlik qüvvələrinə ötürüb.
Dekabrın 20-də Shafaq News informasiya portalı İraq təhlükəsizlik güclərindəki mənbəyə istinadən xəbər verib ki, Amerikanın Ayn əl-Əsəd hərbi bazası raket hücumuna məruz qalıb. (Tass)