ABŞ prezidentinin xüsusi elçisi Steven Witkoff bu həftə Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlar aparmaq üçün Moskvaya səfər edəcək. Bunu Ağ Evin mətbuat katibi Karolin Levitt deyib.
“Prezidentin xüsusi nümayəndəsi Steven Witkoff rusları bu danışıqların bir hissəsi olmağa çağırmaq üçün bu həftə Moskvaya qayıdacaq və ümid edirik ki, onlar razılaşacaqlar” o, Fox News-a deyib. (Tass)