ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ Qəzza zolağının sakinlərinə ərzaqla kömək etmək niyyətindədir.
O, Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib: “Biz Qəzza əhalisinə yemək almaqda kömək edəcəyik. İnsanlar aclıqdan ölür və biz onlara yemək almaqda kömək edəcəyik”.
“[Qəzzada] bir çox insan çox pis yaşayır. Baxırsınızsa, HƏMAS bunu qeyri-mümkün edir, çünki onlar [anklavın içinə] gətirilən hər şeyi götürürlər. Amma biz Qəzza xalqına kömək edəcəyik, çünki Həmas onlarla çox pis rəftar edir”, – Tramp əlavə edib.