ABŞ prezidenti Co Baydenin administrasiyası Qəzza zolağında mülki əhalinin yaşadığı zorakılığın miqyasından narahatdır. Bunu ABŞ-ın vitse-prezidenti Kamala Harris Dubayda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin 28-ci Konfransı çərçivəsində deyib.
“Birləşmiş Ştatlar aydındır ki, beynəlxalq humanitar qanunlara hörmət edilməlidir. Çoxlu sayda günahsız fələstinli öldürülüb. Düzünü desəm, mülki əhalinin iztirablarının miqyası, Qəzzadan çıxan görüntülər və videolar dəhşətlidir”, – o, liderlərlə görüşdən sonra deyib.
Harrisin qeyd edib ki, Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə görüş zamanı o, fələstinlilərin məcburi köçkünlüyünə, habelə Qəzza zolağının “yenidən işğalına, mühasirəyə alınmasına və ya blokadasına” qarşı çıxan Amerika administrasiyasının mövqeyini təsdiqləyib. (Tass)