ABŞ səlahiyyətliləri Qəzza zolağında cümə günü naməlum səbəblərdən kəsilən rabitəni bərpa etmək üçün İsrail hökumətinə təzyiq edib. Bu barədə yüksək rütbəli amerikalı məmura istinadən The Washington Post (WP) məlumat yayıb.
Həmsöhbət nəşrə bildirib ki, cümə günü Qəzza zolağında rabitə və internetin bağlanmasının arxasında yəhudi dövlətinin hakimiyyət orqanları dayanır. Onun sözlərinə görə, israillilər amerikalı həmkarlarına cümə günü anklavda əməliyyatları genişləndirməzdən əvvəl niyə bu addımı atdıqlarını izah etməyiblər. “Biz açıq şəkildə bildirdik ki, onlar [rabitə və internet] bərpa edilməlidir” deyən mənbə Qəzzada rabitənin indi yenidən əlçatan olduğunu bildirib.
Cümə günü axşam Fələstin provayderi Jawwal bildirdi ki, İsrail ordusunun kütləvi zərbələrindən sonra Qəzza zolağının hər yerində telefon və internet xidmətləri dayanıb. Əl-Ərəbiyyə və Əl-Cəzirə telekanallarının məlumatına görə , Qəzza zolağı oktyabrın 7-də Fələstin-İsrail münaqişəsinin qızışmasından sonra ən şiddətli hücuma məruz qalıb. İsrail Müdafiə Qüvvələrinin anklavın bir neçə bölgəsinə havadan, qurudan və dənizdən hücum etdiyi bildirilir. (Tass)