ABŞ Qəzza zolağına humanitar yardımın çatdırılması üçün müxtəlif variantları, o cümlədən hərbi və ticarət marşrutlarını nəzərdən keçirir. Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə bildirib.
“Biz dəniz yolları da daxil olmaqla Qəzzəyə yardımın çatdırılması üçün digər kanalları araşdırırıq. Bu məqsədlə yardımın dəniz yolu ilə daşınması üçün həm hərbi, həm də kommersiya variantlarını nəzərdən keçiririk”, – deyə o, hələ görüləsi çox iş olduğunu vurğulayıb. “Bəli, bu [dəniz yolu] daha çox yükün dəniz yolu ilə daşınmasına imkan verəcək, lakin bu, həm də daha mürəkkəb logistik dəstək və quruda bəzi infrastruktur tələb edəcək, həmçinin müttəfiqlərin və tərəfdaşların çox güclü dəstəyinə ehtiyacı var, buna görə də müzakirələr davam edir, ” deyə əlavə edib.
Kirbi qeyd edib ki, çərşənbə axşamı səhər ABŞ Müdafiə Nazirliyi daha bir humanitar yardım partiyasını hava yolu ilə çatdırıb. “Amerikanın üç C-130 təyyarəsi 36 mindən çox yeməyə hazır qida paketi olan 60 bağlama çatdırdı. Bizə bir neçə İordaniya təyyarəsi də qoşuldu”, – rəsmi bildirib.
Ötən həftə Kirbi ABŞ-ın Qəzza zolağına Kiprdən keçə biləcək humanitar yardım çatdırmaq üçün dəniz marşrutu hazırladığını söyləyib. (Tass)