ABŞ Qara dəniz regionunda təhlükəsizliyi təmin etmək üçün strategiya hazırlamağa başlayıb. Bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen deyib.
Vaşinqtonda Alman Marşal Fondunda çıxış edən amerikalı diplomat “Gələcəkdə Qara dəniz strategiyamızı gücləndirmək üçün regiondakı tərəfdaşlar və müttəfiqlərlə işləməli olacağıq” deyib.Onun sözlərinə görə, amerikalı qanunvericilər ABŞ prezidenti Co Bayden administrasiyasından bu sahədə “daha diqqətli strategiya” tələb edirlər.
“Biz artıq bu prosesə başlamışıq. Hələ bu həftə mən Türkiyə və digər sahilyanı dövlətlərlə gələcəkdə [strategiyanın] gücləndirilməsini müzakirə etmək üçün görüşlər keçirdim. Bunun üzərində işləyəcəyik”, – O’Brayen bildirib.
2023-cü il dekabrın sonunda Bayden 2024-cü maliyyə ili üçün ölkənin müdafiə büdcəsi təklifini imzalayıb. Sənəddən məlum olduğu kimi, Konqres ABŞ-ın icra hakimiyyətinə Qara dəniz regionu üçün strategiya hazırlamağı tapşırıb ki, bu strategiya Birləşmiş Ştatların tərəfdaşlarına təhlükəsizlik yardımının artırılmasına yönələcək. (Tass)