Birləşmiş Ştatlar Dağlıq Qarabağ üzrə beynəlxalq monitorinq missiyasının tezliklə formalaşdırılmasının tərəfdarıdır. Bu barədə jurnalistlər üçün keçirilən növbəti brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.
“Təsdiq edərdim ki, bütövlükdə Dağlıq Qarabağla bağlı biz atəşkəsin qorunmasını, humanitar ehtiyacların ödənilməsini, həmçinin şəffaflığı təmin edən və sakinlərə inam yaradan müstəqil beynəlxalq missiyanın tezliklə yaradılmasını vacib hesab edirik.Bizim üçün bu, mövcud vəziyyət üzərində işləməkdə prioritet məsələdir”- amerikalı diplomat bildirib.
Onun sözlərinə görə, ABŞ xarici müttəfiqləri və tərəfdaşları ilə bu təklifləri həyata keçirmək üçün çalışır. (Tass)