ABŞ Dağlıq Qarabağ üzrə region sakinlərinin hüquqlarına riayət olunmasına nəzarət edəcək beynəlxalq missiya yaratmaq niyyətindədir.
Bu barədə jurnalistlər üçün keçirdiyi brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.
“Biz hesab edirik ki, Dağlıq Qarabağ sakinlərinə onların hüquqlarının və təhlükəsizliyinin Azərbaycanın verdiyi bəyanatlara uyğun olaraq təmin ediləcəyinə zəmanət verən beynəlxalq missiya olmalıdır”, o deyib. Bunun üzərində müttəfiqlərimiz və tərəfdaşlarımızla işləyirik”.