ABŞ prezidenti Donald Tramp administrasiyasının nümayəndələri Səudiyyə Ərəbistanında Rusiya-Amerika danışıqlarında hansı məsələlərin qaldırılacağı barədə Ukraynaya məlumat verməyiblər. Bu barədə Washington Post qəzeti yazıb.
Adı açıqlanmayan ukraynalı məmur nəşrə deyib: “Bizə onların nədən danışmaq istədikləri deyilməyib və onların Ukraynanın hansı maraqları ilə ticarət etmək istədikləri barədə heç bir məlumatımız yoxdur”.
O əlavə edib ki, Volodymyr Zelensky çərşənbə günü Ər-Riyada səfər edəcək, lakin ABŞ rəsmiləri ilə görüşməyəcək. (Tass)