Birləşmiş Ştatlar Rusiyaya qarşı strateji çəkindirmə qüvvələrinin hazırkı təliminə planlı təlim kimi baxır və öz qoşunlarının döyüş hazırlığını artırmır. Bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.
“Mənim başa düşdüm ki, biz əvvəlcədən planlaşdırılan təlimdən danışırıq, buna görə də biz Rusiyanın strateji qüvvələri və onların yerləşdirilməsi ilə bağlı bizi öz qüvvələrimizin yerləşdirilməsini dəyişdirməyə məcbur edəcək heç bir şey görmürük” deyib. (Tass)