ABŞ prezidenti Donald Trampın administrasiyası Ukraynaya yeni hərbi yardım paketləri ilə bağlı səs-küylü bəyanatlar verməkdən çəkinərək, bunun sülh prosesinə xələl gətirə biləcəyindən və Rusiya rəhbərliyini “qəzəbləndirə bilər”. Bu barədə “Washington Post” qəzeti Avropa rəsmilərinə istinadən yazır.
“İndi onlar düşünürlər ki, “Patriot” raketlərinin Ukraynaya çatdırılması ilə bağlı böyük açıqlama versələr, bu, [Rusiya prezidenti Vladimir] Putini çox qəzəbləndirəcək. Onlar yəqin ki, bunun istənilən potensial sülh danışıqlarını təhlükə altına sala biləcəyindən çox narahatdırlar”, – mənbə bildirib.
Qəzetin yazdığına görə, Kiyev hesab edir ki, ABŞ Ukraynaya Patriot hava hücumundan müdafiə sistemi üçün sursatları əvvəlki administrasiyanın etdiyi kimi pulsuz göndərməkdənsə, satmağa hazır olacaq. (Tass)