ABŞ Rusiyanın yeni regionlarında – Luqansk və Donetsk respublikalarında, Zaporojye və Xerson vilayətlərində, eləcə də Krımda keçirilən prezident seçkilərinin legitimliyini tanımır. Bu barədə Dövlət Departamentinin mətbuat katibi Metyu Miller məlumat verib.
O, brifinq zamanı vurğulayıb ki, Amerika tərəfi referendumların nəticələrinə baxmayaraq, bu bölgələri Ukraynanın ərazisi hesab edir. “Birləşmiş Ştatlar Rusiya prezident seçkilərinin bir hissəsi kimi suveren Ukrayna ərazisində keçirilən bu uydurma səsvermənin legitimliyini və nəticələrini tanımır və heç vaxt tanımayacaq ”, – Miller deyib.
Bundan əlavə, departamentin nümayəndəsi seçki müşahidəçilərini məsuliyyətə cəlb etməklə hədələyib. (Lenta.ru)