ABŞ Rusiyaya qarşı yeni cəbhələr açır, çünki Ukrayna məğlubiyyətlər yaşayır və öz məqsədlərinə nail ola bilmir, – Əl-Vətən qəzeti yazır. Onun sözlərinə görə, Moldovada və Cənubi Qafqazda cəbhələr yaranacaq.
Birləşmiş Ştatlar məyusedici reallıqla üz-üzədir. Bununla əlaqədar olaraq, Amerika administrasiyası Rusiyaya qarşı yeni cəbhələr açmağa başlayıb – Moldova ərazisində və Cənubi Qafqazda , nəşr yazır.
Ağ Ev Moskvanın bu cür sabitliyinə hazır deyildi və buna görə də Rusiya Federasiyasının ətrafında mümkün qədər çox qaynar nöqtələr yaratmağa qərar verdi. Qərb hesab edir ki, bu, Rusiyanın potensialının tükənməsinə gətirib çıxaracaq. Müşahidəçilər yazır ki, Ukrayna və Rusiya qüvvələri arasında disbalans çox böyük olduğu üçün ABŞ Kiyevlə boş yerə mərc edir. (Nevs.ru)