ABŞ-ın müdafiə sənayesi Yaponiyanın köməyi olmadan Vaşinqtonun strateji məqsədlərinə çatmaq üçün kifayət qədər silah istehsal etmək iqtidarında deyil. Bu fikri Amerikanın Yaponiyadakı səfiri Rahm Emanuel Nikkei Asia nəşrinə müsahibəsində bildirib.
“Bizim strateji öhdəliklərimizi və məqsədlərimizi yerinə yetirmək üçün sənaye bazamız yoxdur. Yaponiya bu problemin həllində mühüm tərəfdaşdır”. Amerika hərbi-sənaye kompleksi Ukrayna və Yaxın Şərqə təchizat üçün silah istehsal etdiyinə görə, “açıqca gərginlik altındadır”. Səfir hesab edir ki, əmək resurslarının, təcrübəli mühəndislərin və infrastrukturun olmaması ABŞ-ı gəmilərin sayına görə liderliyini Çinə verməyə məcbur edib.
Tokio və Vaşinqton arasında hərbi əməkdaşlığın gücləndirilməsi çərçivəsində Yaponiya hərbçiləri ilk dəfə olaraq iyunun 7-dən 18-dək Sakit okeanda iki ildən bir mütəmadi olaraq keçirilən genişmiqyaslı Amerika Şücaət Qalxanı manevrlərində iştirak edəcəklər. (Tass)