ABŞ şirkətlərə, fiziki şəxslərə və ya mülklərə qarşı maliyyə sanksiyaları bu və ya digər formada dünya ölkələrinin üçdə birinə təsir edib. “The Washington Post” (WP) qəzetinin müəllifləri bu qənaətə gəliblər.
Eyni zamanda , aşağı gəlirli ölkələrin 60 faizindən çoxu hazırda Vaşinqton məhdudiyyətləri altındadır. Nəşr qeyd edir ki, Birləşmiş Ştatlar istənilən digər dövlət və ya təşkilatdan üç dəfə çox sanksiya tətbiq edir. Təkcə 2023-cü ildə Amerika administrasiyası üç mindən çox şəxsə qarşı sanksiyalar tətbiq edib.
WP qeyd edir ki, ABŞ sanksiyaları onların təsirinə məruz qalan ölkələrə xeyli ziyan vurur. Məsələn, Kubaya qoyulan məhdudiyyətlər adaya həyati vacib dərmanların tədarükünə təsir edir, Suriyaya qarşı sanksiyalar isə dövlətin müharibədən sonrakı yenidən qurulmasını çətinləşdirir.