ABŞ Konqresinin yuxarı palatasındakı Respublikaçı Çoxluğun lideri Con Tun (Cənubi Dakotadan) Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinə dair qanun layihəsinə prezident Donald Trampdan “yaşıl işıq” alacağına ümid edir.
“Ümid edirəm ki, o (Tram) nə vaxtsa bizə yaşıl işıq yandıracaq”, – Tun çərşənbə günü ” The New York Post” a (NYP) müsahibəsində deyib. O, həmçinin hesab edir ki, təqdim edilən qanun layihəsi Amerika liderinə Rusiya-Ukrayna münaqişəsini həll etmək üçün daha çox təsir rıçaqları verəcək.
İyulun 14-də Tramp bildirib ki, Vaşinqton və Moskva 50 gün ərzində Ukraynada nizamlanma üzrə razılığa gələ bilməsələr, ABŞ Rusiya və onun ticarət tərəfdaşlarına təxminən 100% idxal rüsumları tətbiq edəcək. Bununla belə, Amerika lideri daha sonra iyulun 30-dan başlayaraq bu müddəti 10 günə qədər qısaldacağını bildirib.
Aprelin əvvəlində Senat üzvlərindən ibarət iki partiyalı qrup Rusiyadan neft, qaz, uran və digər mallar alan ölkələrdən ABŞ-a idxala 500% rüsum tətbiq edən qanun layihəsi təqdim edib. (Tass)