ABŞ prezidenti Donald Trampın administrasiyası KXDR ilə potensial dialoqun bərpasını müzakirə edir. Bu barədə Axios portalı mənbələrə istinadən məlumat yayıb.
Rəsmilər kənar ekspertlərlə məsləhətləşdiklərini və Şimali Koreya lideri Kim Çen Inla əlaqələrin bərpası variantlarını nəzərdən keçirdiklərini bildiriblər. “Son dörd il ərzində çox şey dəyişib. Biz mümkün yolları, o cümlədən qarşılıqlı əlaqəni qiymətləndiririk, diaqnostika edirik və müzakirə edirik”, – portal yüksək rütbəli amerikalı məmurdan sitat gətirir.
ABŞ-ın maraqlarını təmsil edən İsveçin Şimali Koreyadakı səfiri keçən həftə rəsmilərlə məsləhətləşmələr aparmaq və Pxenyanla mümkün əlaqə ilə bağlı vəziyyəti qiymətləndirmək üçün Vaşinqtona səfər edib, mənbələr Axios-a bildiriblər.
Onların məlumatına görə, ABŞ Dövlət Departamentinin və Milli Təhlükəsizlik Şurasının nümayəndələri də “KXDR üzrə xarici ekspertlərlə” çoxsaylı məsləhətləşmələrdə iştirak ediblər. Xüsusilə, danışıqlarda Pxenyandan kimin xüsusi nümayəndəsi ola biləcəyini müzakirə ediblər. (Tass)