Axios portalı xəbər verir ki, ABŞ İsrail və Suriya ilə iki ölkənin təhlükəsizlik sazişi bağlaması imkanlarını müzakirə edir.
O, adının çəkilməsini istəməyən ABŞ və İsrail rəsmilərinə istinadən bildirib ki, bu kimi məsələlərlə bağlı “ilkin müzakirələr” aparılır. Nəşr qeyd edir ki, İsrail və Suriya arasında münasibətlərin normallaşdırılması hazırda nəzərdən keçirilmir.
Ağ Evin mətbuat katibi Caroline Leavitt müntəzəm mətbuat brifinqində bu məqaləni şərh etməkdən imtina etdi. “Suriya və İsrail arasında müzakirələrə gəlincə, siz onların hökumətlərindən soruşmalısınız. Mən bunu şərh edə bilmərəm”, – rəsmi nümayəndə bildirib. (Tass)