ABŞ administrasiyası Suriya iqtisadiyyatına investisiya cəlb etmək üçün regiondakı və dünyadakı tərəfdaşları ilə əlaqə saxlayır. Bu barədə jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus bildirib.
“Biz Suriyaya investisiya cəlb etmək üçün regional və qlobal tərəfdaşlarla işləyirik”, – diplomat bildirib.
Bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio 2019-cu ildə Suriyaya qarşı tətbiq edilən sanksiyalar paketini 180 gün müddətinə dayandırmaq qərarına gəlib. (Tass)