Birləşmiş Ştatlar İslam Dövləti və Əl-Qaidə terror qruplarının regionda yayılmasının qarşısını almaq üçün Atlantik okeanı sahillərində yerləşən bir sıra Afrika ölkələrində öz hərbi pilotsuz təyyarələrini yerləşdirmək imkanını nəzərdən keçirir. Bu barədə çərşənbə günü Wall Street Journal mənbələrə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, Vaşinqton Amerikanın silahsız kəşfiyyat təyyarələrinə Qana, Fil Dişi Sahili və Benin aerodromlarından istifadə etməyə icazə verəcək “ilkin danışıqlar” aparır.
Dronlar ABŞ-a yaraqlıların hərəkətlərini izləmək və yerli hərbçilərə məlumat vermək imkanı verəcək. (Tass)