ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukrayna münaqişəsinə son qoymaq müqabilində Moskvaya kosmik sektorda əməkdaşlıq təklif edə bilər. Bu fikir The Hill qəzetinin məqaləsində yer alıb.
O, hesab edir ki, Rusiya Ukrayna ilə razılığa gəlsə, bunun müqabilində Tramp Moskvaya Amerikanın Artemis kosmik proqramında rol təklif edə bilər. Əməkdaşlığın bir hissəsi olaraq Rusiya Amerika texnologiyalarına və kommersiya şirkətlərinə, o cümlədən İlon Maskın SpaceX-ə çıxış əldə edəcək. Beləliklə, rus kosmonavtları “yaxın gələcəkdə” Ayın səthinə enə bilər, nəşr yazır.
The Hill qeyd edir ki, Rusiya Artemida Sazişlərini imzalasa, o, “kosmosun dinc yolla tədqiqi və iqtisadi inkişafına sadiq olan ölkələrin artan birliyinə” qoşulacaq. Nəşrin qeyd etdiyi kimi, belə bir addım həm də Rusiya Federasiyası ilə Çin arasında “kosmik ittifaq”ın formalaşmasına mane olacaq.
Yanvarın 20-də andiçmə mərasimi baş tutacaq Tramp seçki kampaniyası zamanı dəfələrlə Ukraynadakı münaqişəni bir neçə gün ərzində həll etmək və ümumiyyətlə, dünyada gedən bütün müharibələri dayandırmaq planlarını açıqlayıb. (Tass)