Vaşinqton administrasiyası Ukraynaya silah-sursat da daxil olmaqla 250 milyon dollar məbləğində yeni hərbi yardım paketi ayırıb. Bu barədə Pentaqonun bəyanatında deyilir.
Sənəddə deyilir: “Bu gün ABŞ Müdafiə Nazirliyi Ukraynanın kritik təhlükəsizlik və müdafiə ehtiyaclarını ödəmək üçün əlavə hərbi yardım elan edib. Paket “250 milyon dollar dəyərində qiymətləndirilir”. Buraya RIM-7 zenit-raket kompleksləri, HIMARS reaktiv yaylım atəş sistemləri üçün döyüş sursatı, 155 mm və 105 mm-lik artilleriya mərmiləri, insan daşına bilən “Stinger” hava hücumundan müdafiə sistemləri, AT-4, TOW və Javelin tank əleyhinə raket sistemləri daxildir.